SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Süni intellekt dövlətlərin suverenliyi üçün ciddi təhlükə yaradır - Alptekin Cihangir İşbilir

"Süni intellekt dövlətlərin suverenliyi üçün ciddi təhlükə yaradır" - Alptekin Cihangir İşbilir

"Süni intellekt bu gün əsas təhdidlərdən biridir. Bu, dövlətlərin suverenliyi üçün də ciddi təhlükə yaradır".

Yurd.Media xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir, “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

O, informasiya cəbhəsində güclü olmağın vacibliyinə diqqət çəkib və son illər baş verən texnoloji inkişafların dezinformasiyalara yol açdığını qeyd edib.

Eyni zamanda, İşbilir qeyd edib ki, Azərbaycan və Türkiyə birgə ictimai diplomatiya modelini formalaşdıraraq beynəlxalq səviyyədə tətbiq edir.

Onun sözlərinə görə, iki ölkə ictimai diplomatiya modelini yüksək səviyyədə qurub və bu təcrübəni Türk Dövlətləri Təşkilatı səviyyəsində də tətbiq etməyə çalışır:

“Biz bu modeli ölkə olaraq yüksək səviyyədə tətbiq etdiyimiz kimi, Türk Dövlətləri Təşkilatı səviyyəsində də həyata keçirməyə çalışırıq”.

O, Vətən müharibəsindəki Qələbədən sonra Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinin iki ölkə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəltdiyini vurğulayıb.

Prime Leasing
SPE Annual Caspian