SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Sumqayıtın bu massivində kanalizasiya problemi BİTMİR - VİDEO

Sumqayıtın bu massivində kanalizasiya problemi BİTMİR - VİDEO

  • 21 aprel 2025, 00:12
Sumqayıt

Sumqayıt şəhərinin "Yeni Sumqayıt" yaşayış massivində illərdir davam edən kanalizasiya problemi sakinləri təngə gətirib.

Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, sakinlər yaşadıqları evin zirzəmisindən əlləri ilə su çəkir, ətraf ərazi isə çirkab və kanalizasiya suları ilə dolub.

Onların sözlərinə görə, illərdir aidiyyəti qurumlara müraciət etsələr də, nəticə yoxdur. Yağış yağan kimi küçələr gölə çevrilir.

Məsələ ilə bağlı Sumqayıt Su kanal İdarəsindən bildirilib ki, ərazidə kanalizasiya şəbəkəsi mövcud deyil.

Ancaq sakinlərin müraciəti əsasında həmin ünvana baxış keçiriləcək və problemin aradan qaldırılması istiqamətində tədbirlər görüləcək.

Ətraflı süjetdə:

Sumqayıtın bu massivində kanalizasiya problemi BİTMİR - VİDEO

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları