Sumqayıtda toydan çıxaraq Sahil qəsəbəsində getmək istəyən şəxs taksi sürücüsünü döyüb.
Yurd.Media "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Sumqayıtda “Yeni Həyat” şadlıq sarayının qarşısında baş verib.
Buna səbəb taksi sürücüsü Məmməd Qurbanovun müştəri kimi müraciət edən Sadiq Turabovun (ad-soyadlar şərtidir) sifarişindən imtina etməsi olub.
Belə ki, Sadiq taksi sürücüsünə onu Sahil qəsəbəsinə aparmasını istəyib. Lakin müştərinin sərxoş olduğunu görən sürücü bundan imtina edib. Bundan sonra Sadiq Turabov 1997-ci il təvəllüdlü Məmmədə yumruq zərbəsi endirib, nəticədə sürücünün burnu qırılıb.
İş üzrə materiallar Sumqayıt Şəhər Prokurorluğuna göndərilib.