SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Sular tavandan birbaşa qida məhsullarının üzərinə tökülür - SEXDƏ ANTİSANİTARİYA

Sular tavandan birbaşa qida məhsullarının üzərinə tökülür - SEXDƏ ANTİSANİTARİYA

  • 05 yanvar 2026, 20:23

Kondensasiya prosesi zamanı yaranmış sular tavandan birbaşa qida məhsullarının üzərinə töküldüyü quş kəsimi sexi aşkarlanıb. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən, fiziki şəxs Hacıyev Vüqar Füzuli oğluna məxsus quş kəsimi sexində yoxlama keçirilib.

Bildirilib ki, AQTA-nın əməkdaşları tərəfindən baxış zamanı müəssisənin sanitar-gigiyenik tələblərə əməl edilmədən qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib.

Belə ki, sexdə ev quşlarının baytarlıq tələbləri və heyvan rifahı gözlənilmədən kəsiminin həyata keçirildiyi məlum olub. Müəssisədə havalandırma sistemi qurulmayıb. Kondensasiya prosesi zamanı yaranmış sular tavandan birbaşa qida məhsullarının üzərinə tökülür. Tüklərin təmizlənməsi, pörtlədilməsi, içalatın təmizlənməsi eyni sahədə həyata keçirilir. İşçilər tibbi müayinəyə cəlb olunmayıb. Alət və ləvazimatların yuyulub təmizlənməsi üçün yuma sahəsi təşkil edilməyib. Kəsimi aparılmış toyuqların baytarlıq ekspertizasından keçirilmədən satışa verildiyi aşkarlanıb.

Müəssisənin fəaliyyətinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib, rəhbəri barəsində inzibati protokol tərtib olunub. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları