SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Sarayda bərbad yola görə yağışda dərsə getmirlər - VİDEO

Sarayda bərbad yola görə yağışda dərsə getmirlər - VİDEO

  • 11 dekabr 2025, 10:33

Yağış yağdığı günlərdə uşaqlar palçığın içində hərəkət edə bilmir, valideynlərin bir çoxu onları məktəbə aparmaqda çətinlik çəkir, bəzən isə dərsə getməyə məcburi fasilə yaranır.

Yurd.Media xəbər verir ki, bu problem Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 4 nömrəli tam orta ümumtəhsil məktəbinə aparan yoda yaşanır.

Şikayətçilər bildirir ki, uzun müddətdir baxımsız vəziyyətdə olan yol ən çox məktəblilərin gediş-gəlişinə ciddi çətinlik yaradır. 

Sakinlərin "Xəzər Xəbərə"ə verdiyi məlumata görə, xüsusilə yağışlı hava şəraitində yol keçilməz hala düşür, dərin palçıq sahələri yaranır və nə piyadalar, nə də nəqliyyat vasitələri üçün hərəkət mümkün olur.

Sakinlərin sözlərinə görə, bu məsələ dəfələrlə aidiyyəti qurumların diqqətinə çatdırılsa da, indiyədək real tədbir görülməyib.

Prime Leasing
SPE Annual Caspian