SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Şahbuzda kafe müvəqqəti bağlandı: Yararsız məhsullar tapıldı

Şahbuzda kafe müvəqqəti bağlandı: Yararsız məhsullar tapıldı

  • 14 avqust 2025, 21:50
Naxçıvan

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Şahbuz şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən "Nurlan" kafesində ciddi nöqsanlar aşkar edilib.

Yurd.Media xəbər verir ki, bu barədə agentlikdən bildirilib.

Kafedə gigiyenik qaydalara əməl olunmadığı, istifadə olunan bəzi məhsulların yararlılıq müddətinin bitdiyi, dezinfeksiya işlərinin aparılmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi aşkarlanıb.

Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.

Prime Leasing