SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Sabunçunun 45 ildir təmir olunmayan qəsəbə yolu - VİDEO

Sabunçunun 45 ildir təmir olunmayan qəsəbə yolu - VİDEO

Bakı

Sabunçu qəsəbəsinin Yefim Saratov küçəsi kələ-kötür, palçıq içindədir.

Yurd.Media xəbər verir ki, məhəllənin asfaltlanmasına ehtiyac olsada indiyədək heç bir iş görülməyib.

Sakinlər “ATV Xəbər”ə bildirirlər ki, artıq 45 ildir həmin ərazidə yollar eyni vəziyyətdədir. Xüsusilə yağış yağdıqdan sonra yollar bərbad hala düşür ki, bu da məktəblilər üçün ciddi çətinlik yaradır.

Yolların yararsız vəziyyətdə olması səbəbindən taksi və təcili tibbi yardım avtomobilləri əraziyə daxil ola bilmir.

Məsələ ilə bağlı icra nümayəndələrinə dəfələrlə müraciət edilsə də, problem hələ də həllini tapmayıb.

Məsələ ilə bağlı Sabunçu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən bildirilib ki, rayonun bütün qəsəbələrində olduğu kimi, Sabunçuda da qəsəbədaxili yolların təmiri və asfaltlanması mərkəzləşdirilmiş qaydada aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramı çərçivəsində həyata keçirilir.

Sabunçu qəsəbəsinin Yefim Saratov küçəsində yolun təmirinin investisiya proqramına salınması üçün rayon icra hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət olunub.

Prime Leasing
SPE Annual Caspian