SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - AÇIQLAMA

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - AÇIQLAMA

  • 29 aprel 2025, 22:42

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.

Yurd.Media Xəzər TV-yə istinadən xəbər verir ki, sözügedən məsələni özündə əks etdirən layihə artıq aidiyəti qurumlara təhvil verilib.

"Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, indiyə qədər ölkəmizdə əməyin ödənişinin minimal, yəni saatlıq həddi kimi bir sistem tətbiq olunmur. Məcəlləyə əsasən, əməyin ödənişinin minimal həddi aylıq müəyyən edilir və minimum məbləğ bu ildən 400 manat olub.

S.Məmmədovun sözlərinə görə, saatlıq əməkhaqqı rejimi gələcək üçün işçinin işəgötürənlə qısa müddət işləyərək saathesabı alması üçün sərf edən bir variantdır. Həmçinin işəgötürənlə işçi arasında əmək müqaviləsi daha çevik bağlana biləcək.

Hazırda saatlıq əməkhaqqı yanaşması xüsusilə qərb ölkələrində çoxdan tətbiq edilir.

Qeyd edək ki, Əmək Məcəlləsində nəzərdə tutulan dəyişikliklər arasında uzaq məsafədən iş və digər hallarla bağlı məsələlər var.

Ətraflı süjetdə:

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - AÇIQLAMA

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları