Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun dövründə bölgədə ildə 3 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunduğu halda, ondan sonra Prezidentin səlahiyyətli nümayəndəsi kimi fəaliyəyət göstərmiş Fuad Nəcəflinin dövründə sözügedən göstərici 1,5 milyard manata düşüb.
Yurd.Media xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.
“İdarəçiliklə bağlı yazılacaq kitablara düşəsi faktdır: bir bölgəyə rəhbərlik edən adam işdən gedəndə o coğrafiyadakı istehsalı da götürüb özü ilə aparır? Naxçıvanda köhnə rəhbərin işdən çıxdığı 2022-ci ildə 3 milyard manatlıq ÜDM göstəricisi yeni rəhbərin vaxtında - 2023-2024-cü illərdə 1,5 milyard manata düşüb. Görəsən işdən çıxarılan rəhbər ÜDM-in yarısını özü ilə hara aparıb və onu harada saxlayır?”, - deyə o qeyd edib.
iqtisadçı-ekspert Rövşən Ağayev