SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Raritet avtomobil və əntiq əşya gətirənlərə YENİ İMKAN

Raritet avtomobil və əntiq əşya gətirənlərə YENİ İMKAN

  • 13 oktyabr 2026, 20:32

Azərbaycanda raritet avtomobillərin idxalına illik məhdudiyyət tətbiq edilməklə, incəsənət əsərləri və əntiq əşyalarla bağlı yeni güzəştlər reyestrə daxil edilib.

Yurd.Media xəbər verir ki, Nazirlər Kabineti 8 fevral 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası"nda dəyişiklik edib.

Qərara əsasən, Azərbaycanda vergi və gömrük sahəsində yeni güzəşt və azadolmalar müəyyənləşib.

Belə ki, siyahıya Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) artıq olmamaqla, raritet avtonəqliyyat vasitələrinin idxalı, eləcə də xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən müəyyən olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların idxalı əlavə edilib.

Skat.az - Ev və Avtomobil elanları