Qubada “Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti” baş tutacaq.
MÜSİAD Azərbaycan, TECHERA və Quba İş Adamlarına Dəstək-QİAD Platformasının birgə təşkilatçılığı, Yurd.Media-nın tərəfdaşlığı ilə keçiriləcək Sammit mayın 22-də Quba Olimpiya, İdman, Təlim, Tədris və İstirahət Kompleksində baş tutacaq.
Azərbaycan Pedaqoji Universitetinin (ADPU) Quba filialının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Azərbaycan Fintex Assosiasiyasının, “Bilim Azərbaycan”-nın, eləcə də müxtəlif şirkətlərin və media qurumlarının tərəfdaşlığı ilə keçiriləcək sammit regionda biznes mühitinin inkişafına və rəqəmsallaşmanın təşviqinə xidmət edəcəkdir.
Sammit çərçivəsində ilk dəfə olaraq “Regional Expo” sərgisi təşkil olunacaqdır. Bu sərgi yerli sahibkarların məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etməsi, yeni tərəfdaşlıqlar qurması və investisiya imkanlarını nümayiş etdirməsi baxımından sammitin ən önəmli və fərqləndirici hissələrindən biri olacaqdır.
Tədbir çərçivəsində panel müzakirələri, təqdimatlar və təcrübə paylaşımı sessiyaları keçiriləcək, rəqəmsal iqtisadiyyat, fintex, startaplar və ixrac imkanları əsas müzakirə mövzularını təşkil edəcəkdir.
Sammit dövlət, biznes və akademik dairələri bir araya gətirərək regionların iqtisadi potensialının daha effektiv istifadəsinə və dayanıqlı inkişafına töhfə verəcəkdir.
Qeydiyyat linki:
https://techera.az/tedbirler/regional-biznesin-inkisafi-ve-reqemsallasma-sammiti/istirak
