Abşeron rayonu Masazır qəsəbəsində qəbristanlıqda yer tapmaq müşkülə çevrilib.
Yurd.Media xəbər verir ki, qəbristanlıq ərazisindəki boş torpağı alıb qəsəbə sakinlərinə qəbir yeri kimi baha qiymətə satırlar.
Vətəndaşlar deyir ki, onsuz da torpağı qıt olan qəsəbədə qəbristanlıqda yer tapmaq mümkün deyil. Çünkü, əraziyə nəzarət edən Pənah Məmmədov adlı şəxs torpağı ucuz alıb baha satmaqla məşğuldur.
Adı qəbir satmaqla məşğul olan şəxs kimi hallanan Pənah Məmmədov "Xəzər Xəbər"ə haqqında səsləndirlən iddia ilə razılaşmadığını, qəbiristanlığa nəzarətin rəsmi olaraq Eldar adlı şəxsə həvalə edildiyini bildirdi.