SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Qarabağda yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə - FOTO

Qarabağda yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə - FOTO

  • 19 iyul 2026, 12:39

Fövqəladə Hallar Nazirliyi ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə vətəndaşların yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi işini davam etdirir.

Yurd.Media xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə yaşayan, işləyən, həmçinin həmin ərazilərə səfər edən vətəndaşlarla yanğın təhlükəsizliyinə dair profilaktik söhbətlər aparılıb.

Şuşa şəhərində, Ağdam, Füzuli, Xocalı və Laçın rayonlarında aparılmış növbəti maarifləndirmə işləri çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan, tikinti, yenidənqurma və bərpa işləri ilə məşğul olan, ictimai-iaşə obyektlərində çalışan, o cümlədən istirahət və işgüzar məqsədlərlə meşə, açıq ərazi və əkin sahələrinə gedən vətəndaşlara zəruri yanğın təhlükəsizliyi qaydaları ətraflı izah olunaraq onlara əyani vəsaitlər təqdim edilib.

FHN bir daha vətəndaşlara müraciət edərək işğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ciddi riayət edilməsinin vacibliyini xatırladır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları