2027-ci ilin dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulmasına və bərpasına 3,4 milyard manat ayrılacaq.
Bu barədə Yurd.Media-ya Nazirlər Kabinetindən bildirilib.
Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,9% azdır.
İşğaldan azad edilmiş ərazilərə xərcləmələrin büdcə xərclərindəki payı isə 8,4%-dən 8,25%-ə düşəcək.