SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Qarabağ Universitetində Zəfəri yazanlarla tələbələr bir araya gəldi

Qarabağ Universitetində Zəfəri yazanlarla tələbələr bir araya gəldi

  • 03 noyabr 2025, 12:54
Xankəndi

Qarabağ Universitetində Zəfəri yazan igidlər öz döyüş xatirələri, uğur hekayələrini tələbələrlə bölüşüb. 

Yurd.Media xəbər verir ki, Vətən müharibəsi qaziləri ilə universitet tələbələrinin görüş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə keçirilib.

Görüşdə Agentlik tərəfindən tibbi və sosial-psixoloji reabilitasiya xidmətlərinə cəlb edilmiş, yüksək texnologiyalı son nəsil protezlərlə təmin edilmiş Vətən müharibəsi qəhrəmanı Cavid Behbudov, Vüsal Şabanov, Ülvi Salayev, Bəkir Əsgərzadə və hərbi-həkim Namiq Seyfəddinli iştirak ediblər. 

Onlar möhtəşəm tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində keçdikləri şərəfli döyüş yolları barədə xatirələrini bölüşüblər. Habelə müharibədən sonra keçdikləri bərpa və reabilitasiya prosesindən, psixoloji və sosial adaptasiya təcrübələrindən bəhs ediblər. 

Qazilərlə görüş, onların döyüş xatirələri, uğur hekayələri tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Görüşün əsas məqsədi Vətən müharibəsi iştirakçılarının şücaətinin təbliği, onların mübarizə yolu və həyat hekayələrini gənc nəslə çatdırmaqla gənclərdə vətənpərvərlik ruhunun möhkəmlənməsinə töhfə vermək, eləcə də, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında reabilitasiya prosesinin əhəmiyyətini diqqətə çatdırmaq olub.

Tədbirdə çıxış edən Qarabağ Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov qazilərin fədakarlığı və mübarizə əzmini yüksək qiymətləndirib, onların cəmiyyətimiz üçün mənəvi dayaq olduğunu vurğulayıb. Bu cür görüşlərin gənclərin milli ruhda formalaşması baxımından böyük əhəmiyyətini diqqətə çatdırılıb. 

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Bahadur Rzayev Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, postmüharibə dövründə onların reabilitasiya xidmətləri və vasitələri ilə təminatı istiqamətində aparılan işlərə dair məlumat verib. 

Həmçinin müharibədə əzalarını itirmiş hərbçilərimizin yüksək texnologiyalı, son nəsil protezlərlə təmin olunduğu, aktivlik və funksionallığı ilə seçilən bu protezlər vasitəsilə onların aktiv həyata dönüş imkanı əldə etdiyi vurğulanıb. 

Qazilər tələbələri maraqlandıran sualları da cavablandırıb və sonda tələbələrlə xatirə şəkilləri çəkdiriblər.

Prime Leasing
SPE Annual Caspian