Bugün Azərbaycan Premyer Liqasında VI turun 2 oyunu keçirilib.
Yurd.Media xəbər verir ki, günün ilk matçında “Zirə" "İmişli"nin qonağı olub. Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək görüşdə qalib müəyyənləşməyib – 1:1.
Bu nəticədən sonra “qartallar" 12 xalla turnir cədvəlinə başçılıq edir. Bölgə təmsilçisi isə 8 xalla 5-ci yerdədir.
İkinci oyunda "Qarabağ" "Azersun Arena"da "Qəbələ"ni qəbul edib. Görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Abdullah Zubir və Musa Qurbanlı vurublar.
Hazırda Qurban Qurbanovun kollektivi 10 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Qonaqlar 4 xalla onuncu yerdədir.