SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Kiberdələduzluq Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Prezident və birinci xanım Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər

Prezident və birinci xanım Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər

  • 09 may 2025, 09:50
Bakı

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür.

Yurd.Media xəbər verir ki, bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla andı.

Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini dərin hörmətlə yad etdi.

Prime Leasing