Paytaxtın bəzi yerlərində parklanma ilə bağlı yeni qərar qəbul edilib.
Yurd.Media xəbər verir ki, Bakıda bəzi parklanma məntəqələrində məhdudiyyət tətbiq ediləcək.
"AzParking MMC”dən "Xəzər TV"yə bildirilib ki, Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ilə əlaqədar paytaxtda bir neçə məntəqədə nəqliyyat vasirtələrinin parkinqində məhdudiyyətlər olacaq.
Məhdudiyyətdən biri Ağ Şəhər ərazisində, 5-ci Park küçəsində yerləşən iri ticarət mərkəzinin ətrafındakı məntəqəni əhatə edəcək.
Məhdudiyyət Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsində də həyata keçiriləcək.