SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Paytaxtda xüsusi təyinatlı nəqliyyatın hərəkətinə mane olan şəxs həbs edildi

Paytaxtda xüsusi təyinatlı nəqliyyatın hərəkətinə mane olan şəxs həbs edildi

  • 11 iyun 2025, 10:28

Bakıda xüsusi təyinatlı nəqliyyat vasitəsinin hərəkətinə mane olan sürücü saxlanılıb.

Yurd.Media Teleqraf-a istinadən xəbər verir ki, hadisə bu il iyunun 9-da baş verib.

Həmin gün avtopatrulda xidmət aparan yol polisinin əməkdaşlarına efir vasitəsilə 77 GR 037 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması barədə göstəriş daxil olub.

Bu zaman həmin avtomobil Hüseyn Cavid prospekti və Şəfayət Mehdiyev küçələrinin kəsişməsində saxlanılıb. Saxlanılan zaman sürücüyə yaxınlaşaraq izah edilib ki, Heydər Əliyev prospektində hərəkətdə olarkən xüsusi təyinatlı nəqliyyat vasitəsinin hərəkətinə mane olub. O, inzibati məsuliyyətdən yayınmaq üçün qaçımağa cəhd edib. Polisin qanuni tələblərinə tabe olmayıb. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Özünün qeyri-adekvat apardığından polis əməkdaşları sürücünü həkim müayinəsinə dəvət ediblər, lakin sürücü narkoloji test verməkdən imtina edib. Bu barədə həkim narkoloq tərəfindən imtina protokolu tərtib edilib.

Həmin şəxsin 1995-ci il təvəllüdlü O. M. olduğu müəyyən olunub. Barəsində İnzibati Xətalar Məcəlləsinin 343-1.1 (bu məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə), 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.

İş üzrə izahat verən təqsirli bilinən şəxs özünü təqsirli bilməyib.

İşə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə həmin şəxs 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Prime Leasing