SÜJET

Kiberdələduzluq Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış
Ötən həftə 602 yanğına çıxış olub, 88 nəfər xilas edilib - VİDEO

Ötən həftə 602 yanğına çıxış olub, 88 nəfər xilas edilib - VİDEO

  • 16 iyun 2025, 11:18

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə Yurd.Media-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 602 yanğına çıxış, 37 halda köməksiz vəziyyətdə qalma, 3 intihara cəhd və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 28-i azyaşlı olmaqla 88 nəfər xilas edilib, 40 nəfər təxliyə olunub, 3 nəfər xəsarət alıb, 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Prime Leasing