Naxçıvanın dövlət televiziyası - “Naxçıvan TV”nin studiyası təkmilləşdirilir.
“Yurd.Media"nın əldə etdiyi məlumata görə, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti bununla bağlı hazırlıqlara başlayıb.
QSC hazırda yeni studiya avadanlıqlarının və dekorasiyaların alınıb quruşdırılması işləri ilə bağlı danışıqlar həyata keçirir.
Məlumata görə, yeni studiya avadanlıqlarının və dekorasiyaların satın alınmasına 400 min manat xərclənəcək.
Qeyd edək ki, QSC muxtar respublikanın ən böyük kütləvi informasiya orqanıdır. Naxçıvan Televiziyası gün ərzində 16 saat televiziya verilişləri ilə yayımda olur. Televiziya DVB-T standart rəqəmli yerüstü televiziya və internet üzərindən də canlı yayımlanır.