Mingəçevirdə qadın ərinin başında boşqab SINDIRDI

Mingəçevirdə qadın ərinin başında boşqab SINDIRDI

  • 23 aprel 2025, 21:33
Mingəçevir

Mingəçevirdə qadın boşqabla ərinin başını yarıb.

Yurd.Media "Unikal"a istinadən xəbər verir ki, hadisə Energetiklər yaşayış massivi ərazisindəki evlərdən birində baş verib.

Ailədaxili münaqişə və mübahisə zəminində həyat yoldaşı 1984-cü il təvəllüdlü şəhər sakini Ramil Hacıağa oğlu İsmayılovun başına boşqabla ağır xəsarət yetirib.

Xəstəxanaya çatdırılan kişiyə alın-baş nahiyəsinə zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.