SÜJET
Naxçıvan Muxtar Respublikasında 642 nəfərin hüququ bərpa olunub və bu istiqamətdə işlər davam etdirilir.
Yurd.Media xəbər verir ki, bunu ki, Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvanda konstitusiya ilə bağlı konfransda bildirib.
O qeyd edib ki, uzun illər ərzində müxtəlif səbəblərdən mülkiyyət hüquqları pozulmuş minlərlə vətəndaşlarımızın hüquqları məhkəmə və inzibati qaydada bərpa olunur, qanunsuz zəbt olunmuş əmlaklar qaytarılır.
Səlahiyyətli nümayəndə bildirib ki, Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafına dair 2023-2027 illər üçün dövlət programı Muxtar Respublikada yeni inkişaf mərhələsinin başlanğıcını qoyub. Proqram çərçivəsində qarşıya qoyulan məsələlərdən biri olan institusional islahatların aparılması nəticəsində Muxtar respublikanın dövlət orqanları ilə Azərbaycan Respublikasının dövlət orqanları arasında əməkdaşlığın gücləndirilməsi inteqrasiyanın aparılmasına nail olunub.