SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
MÜSİAD Dərnək Mərkəzində Süni İntellektlə bağlı seminar təşkil olunub

MÜSİAD Dərnək Mərkəzində Süni İntellektlə bağlı seminar təşkil olunub

  • 06 dekabr 2025, 13:24

Yaşıl və Rəqəmsal Transformasiya, Təhsil və Mədəniyyət Komissiyalarının birgə təşkilatçılığı ilə MÜSİAD Azərbaycan Dərnək Mərkəzində "Süni İntellekt, Təbii Söhbət" adlı seminar təşkil olunub.

Yurd.Media xəbər verir ki, seminarda MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyəti üzvləri və dərnək üzvləri iştirak ediblər.

Fəxri qonaqlar qismində, “Pasha Management Company”-nin Satınalma üzrə Qrup Meneceri Qəhrəman Abbasov və “NeuroPlus Neyromarketinq və Süni İntellekt Agentliyi”-nin təsisçisi Aynur Fərəcova çıxış ediblər.

Tədbir çərçivəsində mütəxəssislər “Süni İntellekt və Biznesin Gələcəyi” mövzusunda təqdimatla çıxış edərək, süni intellekt texnologiyalarının biznes mühitinə təsiri, yaratdığı imkanlar, mövcud çağırışlar və gələcək perspektivlər haqqında iştirakçılara ətraflı məlumat veriblər.

Çıxışlarda, süni intellektin müasir dövrdə bir çox sektorlara göstərdiyi həm müsbət, həm də mənfi təsirlərə diqqət çəkilib, bu texnologiyaların etik və hüquqi çərçivədə tənzimlənməsinin zəruriliyi vurğulanıb.

Seminarın çərçivəsində iştirakçıların sualları cavablandırılıb və səmərəli fikir mübadiləsi aparılıb.

Prime Leasing
SPE Annual Caspian