Mingəçevirdə yerləşən qaçqın və məcburi köçkün şəhərciyində 3 məktəb, 1 bağça və 1 tibb məntəqəsinin suyu kəsilib.
Yurd.Media Xəzər TV-yə istinadən xəbər verir ki, Ağdam rayonu 50 və 51 saylı, Kəlbəcər rayonu, 35 saylı orta məktəbləri, Ağdam rayonu, "Nur" körpələr evi uşaq bağçası, Ağdam rayonu, Boyəhmədli kənd həkim məntəqəsi günlərdir su üzünə həsrət qalıb.
Suyu kəsilən məktəbin müəllimi bildirib ki, idarə tərəfindən heç bir xəbərdarlıq edilmədən təhsil ocağının suyu dayandırılıb. Bu səbəbdən artıq günlərdir şagirdlər, texniki işçilər evlərdən məktəbə su daşımalı olurlar.
Keçmiş məcburi köçkünlərə məxsus tibb məntəqəsində də günlərdir su tapılmır.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, həmin ərazidə qaçqın şəhərciyi salınan zaman Ağdam məktəbləri, Ağdama aid olan idarə və təşkilatlar və Kəlbəcərin bir məktəbi podratçı şirkət tərəfəndən qaz, işıqla təchiz edilsə də, içməli su ilə qeyri-qanuni şəkildə təmin edilib.
Belə ki, suyun çəkilməsi qeyri-qanuni olaraq həyata keçirilib, qeydiyyata alınmadan su il təchizat icra olunub. Sözügedən hal aşkarlandıqdan sonra sudan qanunsuz istifadənin qarşısının alınması məqsədilə içməli suyun verilməsi dayandırılıb.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, şəhərcik illər öncə təhvil-təslim edildiyi üçün məsələnin onlarla heç bir əlaqəsi yoxdur.
Ətraflı süjetdə: