SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Mingəçevir və Zaqatalaya prokurorlar təyin edildilər

Mingəçevir və Zaqatalaya prokurorlar təyin edildilər

  • 15 iyul 2025, 13:36

Mingəçevir şəhəri və Zaqatala rayonuna yeni prokurorlar təyin ediliblər.

Yurd.Media Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.

Baş prokurorun əmri ilə, Mingəçevir şəhər prokuroru, baş ədliyyə müşaviri Qabil Səfərov tutduğu vəzifədən azad edilərək Zaqatala rayon prokuroru təyin edilib.

Baş prokurorun digər əmri ilə, Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi Pərvin Quliyev vəzifəsindən azad edilərək Mingəçevir şəhərinə prokuror təyin olunub.

Prime Leasing