SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Milyonlarla manat borcu olan tikinti şirkətinin liftlərində nasazlıqlar aşkarlandı - VİDEO

Milyonlarla manat borcu olan tikinti şirkətinin liftlərində nasazlıqlar aşkarlandı - VİDEO

  • 06 avqust 2026, 19:13

Dövlətə 3 milyon manatdan çox borcu olan tikinti şirkətinin liftlərində nasazlıqlar aşkarlandı.

Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə, ev 55A ünvanında yerləşən "Çarbağ" MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının liftlərinin fəaliyyəti dayandırılıb.

Bildirilib ki, yoxlama zamanı liftlərin müvafiq təhlükəsizlik tələblərinə cavab vermədiyindən insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınaraq, liftlərin istismarı dayandırılıb və texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün "Çarbağ" MMC qarşısında məsələ qaldırılıb. Həmçinin, müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftlərin istismarının mümkün olacağı, həmçinin sözügedən qurğuların müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə MMC-nin hüquqi məsuliyyət daşıdığı müəssisənin nümayəndəsinə izah olunub.

Qeyd edək ki, 22 ildir fəaliyyət göstərən "Çarbağ" MMC-nin direktoru Anar Həsənovdur. Şirkətin hazırda dövlətə 3,4 milyon manat vergi borcu var.

Milyonlarla manat borcu olan tikinti şirkətinin liftlərində nasazlıqlar aşkarlandı - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları