Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının (MŞ) sədrinin və sədr müavinin, eləcə də İdarə Heyətinin (İH) sədrinin vəzifələri dəyişdirilib.
Bu barədə Yurd.Media-ya Mərkəzdən bildirilib.
Məlumata görə, indiyə qədər MŞ-nın sədr müavini olan Azərbaycan Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Umeyra İbrahimova sədr təyin edilib. O, bu vəzifədə İcbari Sığorta Bürosunun Audit komitəsinin sədri Elçin Əlizadəni əvəz edib.
MDM-in MŞ-nın keçmiş sədri bundan sonra qurumun İH-nin sədri kimi fəaliyyət göstərəcək və yeni vəzifəsində Ağahüseyn Xudaverdiyevi əvəz edəcək.
İH-nin keçmiş sədri isə MDM-in MŞ-nın sədr müavini təyin edilib.