SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Məhsulların yararlılıq müddəti necə təyin olunur? - VİDEO

Məhsulların yararlılıq müddəti necə təyin olunur? - VİDEO

Azərbaycanda məhsulların yararlılıq müddəti Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasında  təyin olunur.

Yurd.Media xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasında məhsulun "rəf ömrünün təyini" üzrə sınaqlar həyata keçirilir.

"AZTV Xəbər"-ə danışan İnstitutun mütəxəssisi Gülər Bayramova qida məhsulları üzərində aparılan sınaqlar tamamlandıqdan sonra məhsulun saxlanma müddətinin elmi əsaslarla müəyyən edildiyini bildirib:

"Qida məhsullarının komponentləri, kimyəvi quruluşu, hədəflənən saxlanma şəraiti kimi parametrləri müəyyən edilərək yararlılıq müddəti təyin olunur".

Sınaqların aparılmasında məqsəd qida təhlükəsizliyinə olan inamın artırılması və istehlakçıların məlumatlandırılmasıdır.

Məhsulların yararlılıq müddəti necə təyin olunur? - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları