SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Masallının kəndində xeyriyyəçilər mərasim evi tikir

Masallının kəndində xeyriyyəçilər mərasim evi tikir

Masallı

Masallı rayonunun Güllütəpə kəndində xeyriyyəçilərin təşəbbüsü və maliyyə dəstəyi ilə mərasim evinin tikintisi həyata keçirilir.

Masallı Rayon İcra Hakimiyyətindən Yurd.Media-ya bildirilib ki, icra başçısı Araz Əhmədov Güllütəpə kəndində keçirilən vətəndaş qəbulundan sonra tikintisinə başlanılan mərasim evində görülən işlərlə tanış olub.

Baxışda rayon rəhbərliyinin məsul şəxsləri, ərazi nümayəndələri, bələdiyyə sədri, şəhid ailələri, din xadimləri, media nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Rayon rəhbəri tikintinin qısa müddətdə və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları