SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bu ölkələr İrandakı səfirliklərini müvəqqəti Azərbaycana köçürdü - Yenilənib

Bu ölkələr İrandakı səfirliklərini müvəqqəti Azərbaycana köçürdü - Yenilənib

  • 19 iyun 2025, 16:29

Bolqarıstan İran və İsrail arasındakı qarşıdurmanın kəskinləşməsi ilə əlaqədar Tehrandakı səfirliyinin diplomatik heyətini və onların ailələrini Azərbaycana təxliyə edib.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Rosen Jelyazkov bildirib.

O qeyd edib ki, Bolqarıstan Tehrandakı səfirliyini bağlayıb, diplomatik işçilərini və onların ailələrini İran və İsrail arasında münaqişənin kəskinləşməsi ilə qonşu Azərbaycana təxliyə edib.

Jelyazkov bildirib ki, İsrailin sakinlərə Tehranın üçüncü bölgəsini təxliyə etməyi tövsiyə etməsindən sonra səfirlikdən 12 nəfər və onların ailə üzvləri təxliyə edilib.

"Bolqarıstan səfirliyi bu ərazinin bilavasitə yaxınlığındadır və biz diplomatlarımızın ölkəni tərk etməsinə qərar verdik. Səfirlik Bakıdan fəaliyyətini davam etdirəcək", - Baş nazir qeyd edib.

***14:02

Macarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb.

Yurd.Media xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

Prime Leasing