SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Laçının bu kəndləri yenidən qurulacaq

Laçının bu kəndləri yenidən qurulacaq

  • 28 may 2025, 10:11

Gələcək perspektivdə Laçının Qorçu qəsəbəsi, Ərikli, Pircahan, Şəlvən və Güləbird kəndləri də dövlətdaxili prosedurdarır.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev deyib.

O bildirib ki, artıq layihələndirmə prosesi başlayıb: “Güləbird ərazisində Zabuxçay adını daşıyan təxminən 39 milyon kub su tutumu olan su anbarı da mövcuddur. Bu təsərrüfat üçün istifadə olunacaq. Bu su anbarından Şərqi Zəngəzura və Qarabağa bağlı olan rayonların suvarılması üçün istifadə olunacaq. Bu su anbarının eyni zamanda Dövlət Su Ehtiyatları Agentliyi ilə birgə içməli su rezervinə çevrilməsi imkanlarına baxılacaq. Eyni zamanda Həkəri Su Anbarının da tikintisi planlaşdırılır, bu içməli suya xidmət edəcək”.

Prime Leasing