SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Küçədə satılan almanı müsadirə edən məmura İcra Hakimiyyətində yeni vəzifə verildi

Küçədə satılan almanı müsadirə edən məmura İcra Hakimiyyətində yeni vəzifə verildi

  • 03 fevral 2026, 17:39
Sumqayıt

Sumqayıtda küçədə alma satanın meyvəsini müsadirə edən məmura İcra Hakimiyyətində yeni vəzifə verildi.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin şəhər ərazisində qanunsuz küçə ticarətinə qarşı keçirilən reyd zamanı məşhurlaşan əməkdaşı Samir Bədəlovun vəzifəsi dəyişib.

Bununla bağlı icra başçısı Zakir Fərəcov müvafiq əmr imzalayıb.

Belə ki, struktur dəyişikliyi nəticəsində icra hakimiyyətinin İstehsal və xidmət sahələri sektoru ləğv edilib. Buna görə də S.Bədəlov həmin sektordakı Baş məsləhətçi vəzifəsini itirib.

Amma icra başçısı onu işsiz qoymayıb. Belə ki, başçının əmrinə əsasən, S.Bədəlov ŞİH-də yeni yaradılan Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin Memarlıq-tikinti məsələləri sektorunun Baş məsləhətçisi təyin edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları