SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
“Kontakt Home” icra məmurunun qanunsuzluğundan məhkəməyə şikayət etdi

“Kontakt Home” icra məmurunun qanunsuzluğundan məhkəməyə şikayət etdi

  • 03 iyun 2026, 15:04

“ABC Telecom” şirkəti borca görə daha bir müştərisini məhkəməyə verib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycanda “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” müştərisinə qarşı yenidən İsmayıllı Rayon Məhkəməsində iddia qaldırıb.

Belə ki, şirkət öz müştərisi Fazilli Coşqun Rövşən oğlundan 767,1 manat məbləğində vəsaitin tutularaq “ABC Telecom” MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmənin qərar çıxarmasına nail olub. 

Lakin icra məmuru borclunun əmlak vəziyyətinin araşdırılması ilə bağlı qeydiyyatda olduğu ünvana baxış keçirməmiş qeyri-qanunu akt tərtib edərək həmin şəxsin əmlak və gəlirlərinin olmadığını əsas gətirərək icra sənədini geri qaytarıb. 

"İsmayıllı rayon İcra və Probasiya Şöbəsi sözügedən icra sənədini geri məhkəməyə qaytararkən qanunvericiliyin tələblərinə tam riayət etməyib. İcra məmuru borcludan hər hansı bir izahat almayıb, borclunun icra sənədi üzrə tələbi icra etməməsinin qərəzini araşdırmayıb, qanunvericilikdə nəzərdə tutulan bütün zəruri icra tədbirlərini görməyib. İcra sənədi uzun müddət hərəkətsiz qalıb və sonradan prosesual qaydalar pozulmaqla qeyri qanuni şəkildə məhkəməyə geri qaytarılıb", - “Kontakt Home”un sahibinin iddiasında bildirilir. 

Tələbkar “ABC Telecom” MMC-nin şikayəti təmin edilib. 

İsmayıllı Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qətnaməsinə dair icra sənədinin qaytarılması barədə İsmayıllı rayon icra və probasiya şöbəsinin 21 dekabr 2025-ci il tarixli qərarı ləğv edilib.

İsmayıllı Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qətnaməsinə dair 5 aprel 2022-ci il tarixli icra sənədi üzrə icra tədbirləri davam etdirilməsi müəyyən edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları