SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Keşlədə evləri su basdı, sakinlər təxliyyə olunur - VİDEO

Keşlədə evləri su basdı, sakinlər təxliyyə olunur - VİDEO

  • 05 aprel 2026, 13:23

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən evlərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

FHN-dən Yurd.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Hazırda su basmış evlərdən vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.

Keşlədə evləri su basdı, sakinlər təxliyyə olunur - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları