SÜJET
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən iyunun 27-də Şamaxı şəhərində keçirilməsi nəzərdə tutulan Şamaxı və Qobustan rayonları sakinlərinin qəbulunun tarixi dəyişib.
Yurd.Media xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Qəbul iyunun 30-da Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında saat 10.00-da başlayacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı 29 iyun tarixində Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında saat 09.00-dan aparılacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]