Kəlbəcərin azad olunmasında fərqlənən qaziyə Balakən Rayon İcra Hakimiyyətində vəzifə verilib.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Balakən Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatları olub.
Oxu.Az -a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı müvafiq əmrlər imzalayıb.
İcra başçısı Natiq Ağayevin əmri ilə Hacı Muradov Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, eləcə də Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun isə müdiri vəzifəsinə təyin edilib.
Digər əmrlə Asif Məmmədov Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri təyin olunub.
Qeyd edək ki, A.Məmmədov bu təyinatadək Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi, H.Muradov isə İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi işləyib. Vətən müharibəsi qazisi olan H.Muradov Azərbaycan Prezidentinin Sərəncamları ilə "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətdə fərqlənməyə görə" medalları, Nazirlər Kabinetinin sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalı ilə, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunub.