SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
İrandan PUA ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan PUA ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

  • 29 iyul 2025, 12:20

İrandan pilotsuz uçuş aparatı (PUA) ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Yurd.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, iyul ayının 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin PUA vasitəsilə İrandan Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 12 kiloqram 100 qram narkotik vasitə marixuana və 399 ədəd narkotik tərkibli "Metadon M-40" həbi aşkar olunaraq götürülüb.

Prime Leasing