SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
İrandan Azərbaycan vasitəsilə təxliyə olunanların sayı 1000 nəfəri keçdi

İrandan Azərbaycan vasitəsilə təxliyə olunanların sayı 1000 nəfəri keçdi

  • 04 mart 2026, 11:08

İrandan Azərbaycan vasitəsilə təxliyə olunanların sayı 1000 nəfəri keçdi.

Yurd.Media xəbər verir ki, ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1161 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

Onlardan 224 nəfər Azərbaycan vətəndaşı, Çinin 361, Rusiyanın 246, Pakistanın 76, Tacikistanın 99, Səudiyyə Ərəbistanının 18, Gürcüstanın 9, Belarus 7, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiyanın hərəsinin 6, Serbiyanın 5, İordaniya, İsveçrə, İran, Nigeriya və Yaponiyanın hərəsinin 4, Qətər, Banqladeş, Özbəkistan, Meksika və Filippinin hərəsinin 3, Nepal, Qazaxıstan, Fransa, Türkiyə, İtaliya və Yəmənin hərəsinin 2, Böyük Britaniya, Polşa, Tunis, Livan, Hindistan, Myanma, Braziliya, Maldiv adaları, Cənubi Afrika Respublikasının hərəsinin 1 vətəndaşı Azərbaycanın sərhədi vasitəsilə İrandan təxliyə olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları