Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 242 nəfərin hamısı həlak olub.
Yurd.Media xəbər verir ki, bu barədə Hindistanın telekanalları məlumat yayıb.
Həlak olanlar arasında 10 ekipaj üzvü və bort bələdçiləri də var.
Məlumata əsasən, təyyarədə 169 Hindistan vətəndaşı, 53 Böyük Britaniya vətəndaşı, 7 portuqaliyalı və 1 kanadalı sərnişin olub.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır. Hadisə yerində təcili yardım və xilasedici qruplar fəaliyyət göstərir.
*** 14:49
Hindistanın Əhmədabad hava limanı yaxınlığında Londona uçan sərnişin təyyarəsi qəzaya uğrayıb. Məlumata görə, təyyarə yüksəkliyə qalxa bilməyib və yaşayış binalarının üzərinə düşüb.
Yurd.Media xəbər verir ki, təyyarə göyərtəsində 240-dan çox sərnişin olub.
Hindistanın Əhmədabad aeroportu yaxınlığında sərnişin təyyarəsinin yataqxana binasına çırpılması nəticəsində ölənlərin sayı 133-ə çatıb.
Xilas edilənlərin dəqiq sayı və onların vəziyyəti barədə hələlik məlumat verilmir.