Azərbaycanda lizinq xidmətləri göstərən "Hermes Finance" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət ötən il 0,2 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 4,7 dəfə azdır.
Bu ilin əvvəlinə "Hermes Finance"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 32,5% az - 17,3 milyon manat, o cümlədən lizinq portfeli 28,15% az – 14,05 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 16,9 milyon manat (31,6% az), balans kapitalı isə 0,4 milyon manat (2,4 dəfə az), o cümlədən nizamnamə kapitalı 0,9 milyon manat (dəyişməyib) olub.