SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən növbəti Süni Intellekt Forumu keçirildi

Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən növbəti Süni Intellekt Forumu keçirildi

Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə tərəfdaşlığı və "Baku ID" innovasiya festivalı çərçivəsində Gənclərin Süni İntellekt Forumu baş tutub.

Yurd.Media xəbər verir ki, forumun əsas məqsədi gəncləri süni intellekt sahəsində baş verən yeniliklərlə tanış etmək, onların bu sahəyə marağını artırmaq olub.

Forumda Millət vəkili Müşfiq Cəfərov, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktorunun müavini Yusif Vəliyev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edib.  

Azər Əliyev gənclərin texnologiya və süni intellekt sahəsində inkişafının önəmindən söz açıb. "Forumda 200-dən çox gənc iştirak edib. Forumda süni intellektin əhəmiyyəti və onun istifadəsi haqqında əsaslı məlumatlar verilib".

Tədbirin sonunda iştirakçılarla sual-cavab sessiyası təşkil olunub, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki,  bu Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən sayca ikinci dəfə keçirilən Süni Intellekt Forumudur.

Prime Leasing