SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Gəncədə yataqxanada YANĞIN

Gəncədə yataqxanada YANĞIN

  • 07 iyul 2026, 21:03

Gəncədə yataqxana ərazisində yanğın qeydə alınıb. 

Yurd.Media xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. 

Yataqxana ərazisində qısaqapanma səbəbindən elektrik naqillərində başvermiş yanğın söndürülüb. 

Qeyd edək ki, hadisə səbəbindən yataqxanaya elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılıb.

Hadisənin təfərrüatları araşdırılır.

Skat.az - Ev və Avtomobil elanları