SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Gəncədə leysan yağış fəsadlar törədib - FOTO/VİDEO

Gəncədə leysan yağış fəsadlar törədib - FOTO/VİDEO

  • 30 mart 2026, 17:08
Gəncə

Gəncə şəhərində yağan leysan xarakterli yağış bəzi ərazilərdə çətinliklər yaradıb.

Yurd.Media xəbər verir ki, şəhərin Məhsəti, Sadıllı və Yeni Gəncə qəsəbələrində, eləcə də digər bəzi ərazilərdə yağış sularının yığılması nəqliyyatın və piyadaların hərəkətini çətinləşdirib.

Güclü yağış nəticəsində yaranan gölməçələr səbəbindən avtomobillərin hərəkətində problemlər yaşanıb, vətəndaşlar isə ərazidən axan sel sularına görə çətin vəziyyətlə üzləşiblər.

Qeyd edək ki, oxşar vəziyyət Gəncə şəhərinin əsas ticarət məkanlarından biri olan və “Sərçə bazarı” kimi tanınan ərazidə də müşahidə olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları