Gəncədə yaşayış binasında yanğın olub.
Yurd.Media xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus mənzildə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.
Hadisə səbəbindən bina sakinləri təxliyə olunub.
Vətəndaşa məxsus mənzilin mətbəxində olan yanğın nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.