“Finca Azerbaijan” MMC bank olmayan kredit təşkilatı 2025-ci ilin I yarısının yekunları ilə bağlı idarəetmə hesabatını açıqlayıb.
Yurd.Media xəbər verir ki, sənədə əsasən, yanvar ayından kredit təşkilatını 15 nəfər işçi tərk edib.
Belə ki, işçilərin sayı 347-dən 332-yə düşüb. 6 nəfər yanvar-mart aylarında, 9 nəfər isə aprel-iyun aylarında işdən gedib.