SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Finans Kredit və SF Azerbaijan BOKT-ların vəzifəli şəxsləri cərimə ödəməli olacaq

"Finans Kredit" və "SF Azerbaijan" BOKT-ların vəzifəli şəxsləri cərimə ödəməli olacaq

  • 27 yanvar 2026, 10:56

Azərbaycan Mərkəzi Bankı (AMB) "Finans Kredit" və "SF Azerbaijan" MMC-lər bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.

Bu barədə Yurd.Media-ya AMB-dən məlumat verilib. 

Məlumata görə, aparılan cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" qanunun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması halları aşkarlanıb. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq hər iki BOKT-un vəzifəli şəxsləri müvafiq olaraq 1,5 manat və 2 min manat cərimələnib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları