SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
FHN Bakıda şadlıq sarayının qapısını möhürlədi

FHN Bakıda şadlıq sarayının qapısını möhürlədi

  • 16 aprel 2026, 20:08
Bakı

Bakıda şadlıq sarayında yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkarlandı.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya bildirilib ki, qurumun Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 7 ünvanında fəaliyyət göstərən "Səbinə" şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib

Məlumatda qeyd olunub:

"Belə ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb, obyekt ilkin yanğınsöndürmə vasitələri, daxili yanğın kranları, lülə və atıcı şlanqlarla təmin edilməyib, obyektdə yanğın su hovuzu mövcud deyil, təxliyə planı tərtib edilməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 7 ünvanında yerləşən "Səbinə" şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib".

FHN Bakıda şadlıq sarayının qapısını möhürlədi
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları