SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Fəaliyyətsiz olan icra başçıları da həbs olunmalıdır - VİDEO

"Fəaliyyətsiz olan icra başçıları da həbs olunmalıdır" - VİDEO

Qanunvericildə nəzərdə tutulsada Azərbaycada fəaliyyətsizliyə görə heç bir icra başçısı həbs edilməyib.

Bunu Ağ Partiya sədri Tural Abbaslı  Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında “Yurddaş” verilişində müsahibəsində səsləndirib.

O bildirib ki, qanunvericilikdə belə hallar üçün cinayət məsuliyyəti nəzərdə tutulsa da, real nəticə yoxdur. Onun fikrincə, bölgələrdə güclü müxalifətin mövcudluğu icra başçılarını daha məsuliyyətli işləməyə məcbur edə bilərdi:

“Əgər yerlərdə güclü müxalifət olsa, onlar kəndlərin problemlərini gündəmə gətirsə, ayda bir dəfə canlı yayımla icra başçıları ilə görüşsə, o zaman məmurlar məcbur qalacaqlar problemləri həll etsinlər. Amma bu yoxdur deyə, xidmət də yoxdur”.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları