SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Bakıda “TV və canlı jurnalistika” təliminə start verilib

Bakıda “TV və canlı jurnalistika” təliminə start verilib

Bakı

Bakıda “Euronews Academy” və Azərbaycan Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə əməkdaşlığı çərçivəsində “TV və canlı jurnalistika” mövzusunda beynəlxalq təlim proqramı başlayıb.

Yurd.Media xəbər verir ki, dörd gün davam edəcək proqram Bakı Dövlət Universitetinin nəzdindəki xüsusi auditoriyasında keçirilir. Təlim televiziya jurnalistikasında peşəkar bacarıqların artırılması və canlı efir təcrübələrinin təkmilləşdirilməsini hədəfləyir.

Proqram iki təcrübəli “Euronews” təlimçisi — Bojan Brkiç və Sergio Cantonun rəhbərliyi ilə aparılır. Onlar iştirakçılara canlı yayımlarda dəqiqlik, emosional balans və tamaşaçı ilə birbaşa ünsiyyət kimi əsas prinsipləri öyrədirlər.

Təlim noyabrın 14-dək davam edəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları